Menyu

“Sabah”ın ÇL matçları üçün vahid biletlər satışa çıxarılıb - QİYMƏTLƏR

Operativ Media
“Sabah”ın ÇL matçları üçün vahid biletlər satışa çıxarılıb - QİYMƏTLƏR

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.

Operativ Media xəbər verir ki, azarkeşlər bir bilet əldə etməklə “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə qarşılaşmaları stadiondan izləyə biləcəklər.

Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 35,60,190 və 285 manat arasında dəyişir.

Məlumata görə, alınmış biletlərin geri qaytarılması, dəyişdirilməsi və bərpası mümkün olmayacaq.

Biletlər yalnız QR-bilet formatında təqdim edilir. İstifadə üçün azarkeş iTicket.AZ mobil tətbiqində bileti aldığı hesaba daxil olmalıdır.

QR-biletlər yalnız oyunların keçiriləcəyi gün aktivləşdiriləcək.

Qeyd edək ki, “Sabah” bütün rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər