İspaniya De la Fuentenin müqaviləsini yenilədi
İspaniya Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini 2032-ci ilə qədər uzadıb.
Operativ Media xəbər verir ki, 65 yaşlı mütəxəssislə əvvəlki müqavilənin müddəti 2028-ci ilin yayında başa çatmalı idi. Yeni anlaşma daha dörd il müddətinə uzadılıb.
Müqavilənin uzadılması RFEF-in Rafael Lousanın rəhbərlik etdiyi Direktorlar Şurası tərəfindən yekdilliklə təsdiqlənib.
Rafael Lousan bildirib ki, federasiya sabitlik və etimad üzərində qurulan layihə həyata keçirməyi hədəfləyir. Onun sözlərinə görə, təklif Luis de la Fuenteyə və onun rəhbərlik etdiyi idman layihəsinə olan inama əsaslanır.
Lousan qeyd edib ki, de la Fuente İspaniya millisinin tarixində ən çox titul qazanan baş məşqçidir və federasiya ilə 14 illik əməkdaşlığından sonra onun qarşısında uzunmüddətli gələcək görür.
dəqiqələr içində saytın olsun.