“Bakı Biznes Mərkəzi” İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılıb
Operativ Media
“Bakı Biznes Mərkəzi” MMC İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılaraq Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Bakı Biznes Mərkəzi” MMC Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi qərardan irəli gələn məsələləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll etməlidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net