Menyu

Azərbaycan-Macarıstan əlaqələri müzakirə edilib

Operativ Media
Azərbaycan-Macarıstan əlaqələri müzakirə edilib
1 dəq oxu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər naziri və Baş nazirin müavini Anita Orbanla görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan-Macarıstan münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də müntəzəm siyasi dialoqun davam etdirilməsinin əhəmiyyəti müzakirə olunub.

Tərəflər Azərbaycan-Avropa İttifaqı münasibətləri, həmçinin regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər