Hikmət Hacıyev: ABŞ - Azərbaycan arasında strateji əməkdaşlıq və tərəfdaşlıq möhkəm təməl üzərində qurulub
ABŞ Prezidenti Donald Tramp öz sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşıb.
Operativ Media xəbər verir ki, həmin müsahibədə H.Hacıyev Prezident Donald Trampın Azərbaycanla Ermənistan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün uğurlu səyləri Cənubi Qafqazın strateji mənzərəsini dəyişdirib və ABŞ-Azərbaycan münasibətlərində yeni bir dövr açdığını bildirib.
O qeyd edib ki, beynəlxalq diplomatiyanın onilliklər ərzində nail ola bilmədiyi bir şeyə Trampın şəxsi müdaxiləsi sayəsində nail olunub.
"Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji dostluq, strateji əməkdaşlıq və tərəfdaşlıq möhkəm təməl üzərində qurulub. Bu, inkişaf etməyə davam edəcək. Bu geosiyasi strateji sahədə Azərbaycan ABŞ-nin etibarlı və etibarlı tərəfdaşı olaraq qalır",- deyə Hikmət Hacıyev vurğulayıb.
dəqiqələr içində saytın olsun.