Yalçın Rəfiyev BMT Baş Assambleyasının tədbirlərində iştirak edib
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Yüksək Səviyyəli Həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Y.Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstan üzrə Əlaqələndirici Qrupunun iclasında Qrupun səylərinə dəstəyini ifadə edib və Əfqanıstanın ticarət, tranzit və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi yolu ilə əlaqəlilik (connectivity) mərkəzinə çevrilmək potensialını vurğulayıb.
XİN rəhbərinin müavini enerji keçidi üzrə Həll Yolları Dialoqunda Azərbaycanın bərpaolunan enerji hədəflərini və təmiz enerji üzrə regional əlaqəlilik mərkəzinə çevrilmək planlarını təqdim edib.
Y.Rəfiyev İqlim maliyyəsi üzrə Həll Yolları Dialoqunda "Bakı Maliyyə Hədəfi"nin real nəticələrə çevrilməsi üçün sistem səviyyəsində daha güclü koordinasiyanın vacibliyini qeyd edərək, iqlim maliyyəsinin inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan, sərfəli və səmərəli olmasının vacibliyini vurğulayıb.
Azərbaycanın XİN rəsmisi həmçinin VII Xəzər Biznes Forumunda Orta Dəhliz boyunca əlaqəlilik, maliyyə və enerji məsələlərinə dair panel müzakirələrində iştirak edib; bu zaman Azərbaycanın infrastrukturun inkişafı sahəsindəki böyük uğurlarını, Orta Dəhliz boyunca artan tranzit və ticarət həcmlərini, həmçinin TRIPP təşəbbüsü çərçivəsində əldə olunan irəliləyişləri qeyd edib.
On the 2nd day of the #UNGA81 High-Level Week Deputy Foreign Minister Yalchin Rafiyev attended a number of events:
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 23, 2026
• At @OIC_OCI Contact Group meeting on Afghanistan🇦🇫 he expressed support to the Contact Group’s efforts and highlighted Afghanistan’s potential to serve as… pic.twitter.com/FGhlsp9AFa
dəqiqələr içində saytın olsun.