Menyu

“Arsenal” Deklan Raysla yeni müqavilə imzalamaq istəyir

Operativ Media
“Arsenal” Deklan Raysla yeni müqavilə imzalamaq istəyir
1 dəq oxu

“Arsenal” İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Raysla müqaviləni uzatmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. London təmsilçisi 27 yaşlı futbolçunu uzunmüddətli perspektivdə komandada saxlamaq niyyətindədir.

Raysın hazırkı müqaviləsi daha iki il qüvvədədir. “Arsenal”ın sözləşməni daha bir mövsüm uzatmaq hüququ da var. Buna baxmayaraq, klub rəhbərliyi futbolçu ilə yeni şərtlər üzrə razılığa gəlmək istəyir.

Deklan Rays 2023-cü ilin yayından “Arsenal”da çıxış edir. O, London klubunun heyətində bütün turnirlərdə 164 matç keçirib, 21 qol vurub və 33 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər