Menyu

Hamilton Bakı trasını “təhlükəli” adlandırıb

Operativ Media
Hamilton Bakı trasını “təhlükəli” adlandırıb

“Ferrari” pilotu Lüis Hemilton Azərbaycan Qran-prisi öncəsi Formula 1 yarışlarının məsafəsinin qısaldılması təklifinə qarşı çıxıb.

Operativ Media xəbər verir ki, İtaliya Qran-prisindən sonra komanda ilə keçirilən görüşlərin məhsuldar olduğunu deyən britaniyalı pilot bolidin bu ilki inkişafından məmnunluğunu ifadə edib. O, mühərrik dəyişdirilməsinə görə cəzanın hazırda gündəmdə olmadığını bildirib.

Hemilton gələcək mövsümlərdə yarış məsafəsinin azaldılmasını məqsədəuyğun hesab etmədiyini söyləyib. Onun sözlərinə görə, Formula 1-in əsas xüsusiyyətlərindən biri sürücülərin fiziki və psixoloji baxımdan sərhədlərini aşmasıdır.

“Bu qərarın arxasındakı səbəbləri və məntiqi həqiqətən bilmirəm”, – deyə pilot qeyd edib.

Hemilton bildirib ki, əksinə, yarışların daha uzun keçirilməsinin tərəfdarıdır. O, müasir bolidləri idarə etməyin əvvəlki dövrlə müqayisədə fiziki baxımdan asanlaşdığını vurğulayıb.

“Yarışlar əksinə daha uzun olmalıdır. Bolidləri idarə etmək fiziki baxımdan heç vaxt olmadığı qədər asanlaşıb. Buna görə məsafənin qısaldılması mənə məntiqli görünmür”, – deyə o əlavə edib.

Pilot davamlı təkərlərin tətbiqi səbəbindən bir çox yarışın yalnız bir pit-stopla başa çatdığını və bəzi hallarda daha bir neçə dövrə sürmək istədiyini bildirib.

“Formula 1 fiziki və psixoloji baxımdan idmançıları ən çox çətinliyə salan seriya olmalıdır”, – deyə Hemilton vurğulayıb.

O, Sinqapur və Malayziya kimi yüksək temperaturun olduğu yarışlarda pilotların fiziki imkanlarının son həddinə qədər mübarizə aparmasının vacibliyini qeyd edib.

Hemilton həmçinin Formula 1-in əvvəlki dövrlərindəki trasları xatırladığını söyləyib. Onun sözlərinə görə, karyerasının ilk ilində bu tempə uyğunlaşmaq çox çətin olub, 2020-ci ildə isə yüksək yerəbasma qüvvəsinə malik bolidləri idarə etmək ciddi fiziki yük yaradıb.

Britaniyalı pilot hazırkı traslardakı geniş təhlükəsizlik zonalarını bəyənmədiyini, ot və çınqıl örtüklü, risk hissinin daha yüksək olduğu köhnə trasları üstün tutduğunu bildirib.

Hemilton komandanın zavod əməkdaşları ilə görüşlər keçirdiyini və bolidin inkişaf istiqamətlərinin ətraflı müzakirə olunduğunu da açıqlayıb.

“Mühəndislərlə görüşərək hansı sahələrdə yaxşı iş gördüyümüzü və hansı məqamlarda çatışmazlıqlarımız olduğunu ətraflı təhlil etdik”, – deyə o bildirib.

Azərbaycan Qran-prisinə toxunan Hemilton Bakı trasının bütün əyləclənmə nöqtələrində sürücüləri divarlarla üz-üzə qoyduğunu və bolidə inamın yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb.

“Bakı bütün əyləclənmə nöqtələrində divarlarla üzləşdiyiniz, bolidə inamın ən yüksək səviyyədə olmasını tələb edən təhlükəli trasdır”, – deyə pilot qeyd edib.

Hemilton Bakıda bir sıra pis xatirələrinin olduğunu, xüsusilə 2021-ci ildə Sebastyan Fettel ilə yaşanan hadisəni unutmadığını söyləyib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər