Bu gün Azərbaycan I Divizionunda 25-ci tura start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Lider "Araz Naxçıvan" bu turda MOİK səfərindən qələbə ilə dönüb. "Kəpəz"in əvəzedici komandası "Zaqatala"ya, "Turan Tovuz-2" isə "Qaradağ Lökbatan"a uduzub.
Turnir cədvəlində 13-cü sırada qərarlaşan "Mingəçevir" azarkeşləri önündə "Qəbələ"nin əvəzedicilərini məğlub edib.