Azərbaycan Kuboku: "Qəbələ" "Səbail"i qəbul edəcək
Əziz Əzizli
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Qəbələ" azarkeşləri önündə "Səbail"i qəbul edəcək. Oyun saat 18:00-da start götürəcək.
Komandalar bu mövsüm Premyer Liqada üç dəfə üz-üzə gəliblər. İki oyunu "Qəbələ" qazanıb, bir matç isə "sülh"lə başa çatıb.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, ilk oyun
18 aprel
“Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu, 18:00
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net