Menyu

AİİB-nin 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Operativ Media
AİİB-nin 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək
1 dəq oxu

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" sosial media hesabındakı paylaşımda bildirib.

"Dohada keçirilən 11-ci İllik Toplantı çərçivəsində AİİB Müdirlər Şurasının qərarı ilə növbəti İllik Toplantıya ev sahibliyinin Azərbaycana ötürülməsi ilə bağlı təşkil olunan mərasimdə iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə təşəkkürümüzü bildiririk. Bu qərar Azərbaycanın AİİB ilə möhkəm tərəfdaşlığını, ölkəmizin beynəlxalq maliyyə və investisiya platformalarında fəal rolunu əks etdirir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə, yeni investisiya imkanlarının təşviqinə və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək", - deyə o qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər