De la Fuente "Qızıl top"un favoritlərini açıqlayıb
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Xorvatiya üzərində qələbədən (4:1) sonra “Qızıl top” mükafatının ispaniyalı futbolçuya verilməsinin vacib olduğunu bildirib.
Operativ Media xəbər verir ki, de la Fuente “Qızıl top”un İspaniya futboluna məxsus olmalı olduğunu və ispaniyalı oyunçuların dünyanın ən yaxşıları sırasında yer aldığını deyib.
O, Fabian, Lamin Yamal, Rodri, Kukurelya və Ferran Torresin adlarını çəkərək onların əməyinin layiqli qiymətləndirilməsinə ümid etdiyini bildirib.
Baş məşqçi gələcəkdə Yamalın həm fərdi çıxışı, həm də komanda oyununa verdiyi töhfələrə görə daha yüksək qiymətləndiriləcəyini vurğulayıb.
“Belə bir futbolçuya sahib olduğumuz üçün şanslıyıq”, – deyə de la Fuentenin sözlərini “Marca” nəşri yayıb.
Qeyd edək ki, “France Football” jurnalı sentyabrın 8-də 2026-cı il “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlayıb. Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
İspaniya 6 xalla turnir cədvəlinə başçılıq edir. Xorvatiya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
Millətlər Liqasının 3-cü turunda İspaniya Çexiya ilə, Xorvatiya isə İngiltərə ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 3-də keçiriləcək.
dəqiqələr içində saytın olsun.