Menyu

Canni İnfantino Bakı səfəri ilə bağlı paylaşım edib - VİDEO

Operativ Media
Canni İnfantino Bakı səfəri ilə bağlı paylaşım edib - VİDEO
1 dəq oxu

FIFA prezidenti Canni İnfantino Bakı səfəri ilə bağlı paylaşım edib.

Operativ Media xəbər verir ki, o, bu barədə şəxsi “Instagram” hesabında  video paylaşıb.

FIFA prezidenti qeyd edib ki, Bakıda məhsuldar görüşlər keçirib və ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Kuboku və Festivalına hazırlıq prosesini müzakirə edib.

Onun sözlərinə görə, turnir dünyanın ən böyük futbol tədbirlərindən biri olacaq və 190 ölkəni bir araya gətirəcək.

İnfantino Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə gələn ay keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalı, eləcə də Özbəkistanla birgə təşkil olunacaq 2027-ci il FIFA U-20 Dünya Kuboku barədə fikir mübadiləsi aparıb.

FIFA prezidenti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəflə birlikdə FIFA U-15 Dünya Kuboku və Festivalının keçiriləcəyi əraziyə də baş çəkib.

Bildirilib ki, tədbir çərçivəsində 10 futbol meydançasında təxminən 1000 oyun keçiriləcək və 4000 uşaq bir araya gələcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər