Yamal: "Mən yalnız "Qızıl Top" üçün oynamıram"
İspaniya millisinin hücumçusu Lamin Yamal UEFA Millətlər Liqasının oyununda Xorvatiyanı 4:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanı şərh edib.
Operativ Media xəbər verir ki, Yamal qələbədən sonra komandanın qarşıdakı hədəflərindən danışıb.
“Matça hər zaman tam motivasiya ilə çıxmalıyıq. Məşqçinin dediklərini və öz aramızda danışdıqlarımızı meydanda yerinə yetirməliyik. Qələbəyə çox şadam. Kuboku buraya gətirmək, azarkeşlərə göstərmək, qalib gəlmək və onu evə aparmaq istəyirik. Bu, möhtəşəm olardı”, - deyə futbolçunun sözlərini “Marca” nəşri yayıb.
Yamal “Qızıl top” mükafatı ilə bağlı da fikirlərini bölüşüb: “Mən yalnız bu “Qızıl top” üçün oynamıram. Özüm, azarkeşlər, növbəti mövsüm və milli komanda üçün oynayıram ki, qələbələri davam etdirək. Səs verən mən deyiləm və hətta kimin qalib gəldiyini də bilmirəm. Heç nədən xəbərim yoxdur. Gözləmək və oynamağa davam etmək lazımdır”.
Qeyd edək ki, “France Football” jurnalı sentyabrın 8-də 2026-cı il “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlayıb. Mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
İspaniya 6 xalla turnir cədvəlinə başçılıq edir. Xorvatiya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
Millətlər Liqasının III turunda İspaniya Çexiya ilə, Xorvatiya isə İngiltərə ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 3-də keçiriləcək.
dəqiqələr içində saytın olsun.