Menyu

Şahin Mustafayev: Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb – YENİLƏNİB

Operativ Media
Şahin Mustafayev: Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb – YENİLƏNİB
1 dəq oxu

Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan ərazisinin İrana qarşı istifadə olunmadığını bildirib.

Operativ Media xəbər verir ki, Ş. Mustafayev bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşdə danışıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin 40 günlük müharibədə (ABŞ-İran münaqişəsi - red.) döyüşlərin başa çatdırılması və sülhün bərqərar edilməsi ilə bağlı mövqelərini iki ölkə arasındakı isti münasibətlərin göstəricisi hesab edirik", - Ş. Mustafayev bildirib.

21:00

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb.

Operativ Media xəbər verir ki, Rezai görüşdə ABŞ və İsrailin İrana hücumlarının beynəlxalq hüququn bütün normalarını pozduğunu bildirib.

O qeyd edib ki, İran bu münaqişəyə cavab olaraq özünü qətiyyətlə müdafiə edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp “nə danışıqlar apara, nə də müharibə edə bildiyi bir bataqlığa düşüb”.

Rezai bildirib ki, İranın şərtləri ABŞ-a çatdırılıb, lakin Tramp qərar qəbul edə bilmir. 

O, ABŞ-nin çıxılmaz vəziyyətdə qalaraq hərbi müharibədən hava blokadası taktikasına keçdiyini iddia edib.

İran rəsmisi əlavə edib ki, tarix boyu bir çox xarici qüvvə bölgəyə gəlib-gedib, lakin İran və region ölkələri öz mövcudluğunu qoruyub saxlayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər