Menyu

Pezeşkian: Azərbaycanla münasibətləri və əlaqələri daha da genişləndirməliyik

Operativ Media
Pezeşkian: Azərbaycanla münasibətləri və əlaqələri daha da genişləndirməliyik
1 dəq oxu

Azərbaycan İranın qonşuluq siyasətində xüsusi yer tutur.

Operativ Media  xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirib.

İran Prezidentinin rəsmi informasiya portalının məlumatına görə, Pezeşkian iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına toxunaraq, Tehran və Bakı arasında əlaqələrin daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb.

“Biz bir-birimizlə qohum və qardaşıq. Mövcud imkanlardan və qonşuluq üstünlüyündən istifadə edərək iki ölkə arasında münasibətləri və əlaqələri daha da genişləndirməliyik”, – deyə İran Prezidenti bildirib.

Pezeşkian qeyd edib ki, Azərbaycan və İran arasında elmi, mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində geniş əlaqələr mövcuddur və onların daha da möhkəmləndirilməsi üçün birgə səylər tələb olunur.

İran Prezidenti ümumi sərhədin iki ölkə arasında münasibətlərin inkişafına maneə deyil, əməkdaşlığın genişləndirilməsi üçün imkan yaratmalı olduğunu vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər