Menyu

Fransada etiraz aksiyaları keçirilir

Operativ Media
Fransada etiraz aksiyaları keçirilir
1 dəq oxu

Fransada dövlət sektoru əməkdaşlarının keçirdiyi etiraz aksiyalarında 300 mindən çox insan iştirak edib.

Operativ Media xəbər verir ki, sentyabrın 29-da ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalarda iştirakçılar əməkhaqlarının artırılmasını, dövlət xidmətlərində işçi sayının və maliyyələşmənin artırılmasını tələb ediblər.

Məlumata görə, Parisdə nümayişə 70 min, Marseldə 30 min, Tuluzada 11 min, Lill və Bordoda 10 min, Lion və Orleanda isə 8 min nəfər qatılıb. 

Nümayiş zamanı insident qeydə alınmayıb.

Qeyd edək ki, aksiyalar Fransanın dövlət sektorunda fəaliyyət göstərən səkkiz aparıcı həmkarlar ittifaqının çağırışı ilə keçirilib. 

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər