Menyu

Aİ Gürcüstanın ATƏT-ə sədrlik namizədliyinə qarşı çıxıb

Şəfa Hüseynli
Aİ Gürcüstanın ATƏT-ə sədrlik namizədliyinə qarşı çıxıb
1 dəq oxu

Avropa İttifaqı Gürcüstanın 2027-ci ildə ATƏT-ə sədrlik etmək niyyətinə qarşı çıxıb.

Operativ Media xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə, Tbilisi sədrlikdə maraqlıdır və təşkilatın bütün üzv dövlətləri ilə əməkdaşlığa hazırdır.

Lakin Avropa İttifaqı Gürcüstanın namizədliyinə qarşı çıxıb.

Portal qeyd edir ki, Aİ-nin sözçüsü Kristian Viqand Brüsselin Kiprin namizədliyini dəstəkləməyə davam etdiyini və alternativləri müzakirə etmədiyini təsdiqləyib.

Nəşrin məlumatına görə, Baltikyanı ölkələr xüsusilə Gürcüstanın namizədliyinə qarşı çıxırlar.

Qeyd edək ki, ATƏT Nazirlər Şurasının növbəti iclası 3-4 dekabr tarixlərində Luqanoda keçiriləcək.

Əlaqəli Xəbərlər