Azərbaycan-İordaniya viza sazişi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib
Operativ Media
1 dəq oxu
Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"i təsdiq edib.
Operativ Media xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Azərbaycan vətəndaşları 90 gün İordaniyada vizasız qala biləcəklər.
2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu