Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
Operativ Media
1 dəq oxu
Bakıda üzgüçülük üzrə Dünya Kubokuna start verilib.
Operativ Media xəbər verir ki, ilk yarış günündə idmançılar təsnifat mərhələsində qüvvələrini sınayacaqlar.
Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparır.
Azərbaycanı yarışda 15 idmançı təmsil edir. Bunlar Ramil Vəlizadə, Abdurrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqli, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitskidir.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu