Türkiyədə "Hizbullah"la danışıqlar barədə xəbərlər təkzib edilib
Operativ Media
1 dəq oxu
Bəzi beynəlxalq media platformalarında Suriya hökuməti rəsmiləri ilə “Hizbullah” rəhbərlərinin Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) ev sahibliyi ilə görüşdüyünə dair yayılan iddialara münasibət bildirilib.
Operativ Media xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bununla bağlı bəyanat yayıb.
Bəyanatda sözügedən iddiaların tamamilə əsassız olduğu bildirilib.
Qeyd olunub ki, paylaşımlarda görüşün tarixi, yeri və məzmunu, eləcə də tərəflər arasında təmaslarla bağlı irəli sürülən iddialar reallığı əks etdirmir, uydurma və spekulyativ xarakter daşıyır.
Qurum ictimaiyyətə yalnız rəsmi qurumların açıqlamalarına etibar etməyi tövsiyə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu