Mahir Emreli fərqləndi, "Konyaspor" məğlub oldu

Əziz Əzizli
Mahir Emreli fərqləndi, "Konyaspor" məğlub oldu

Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Konyaspor" klubu doğma meydanda "Adana Demirspor" klubunu qonaq edib.Matç qonaqların 1-2 hesablı qələbəsi ilə başa çatıb.

Matça start heyətdə başlayan və 60 dəqiqə meydanda qalan Mahir Emreli 41-ci dəqiqədə komandasının yeganə qolunu vurub.

 

Digər xəbərlər