20 Aprel 2023, 08:45
ÇL: "İnter" və "Mançester Siti" yarımfinalda
ÇL: "İnter" və "Mançester Siti" yarımfinalda şəkil
ÇL: "İnter" və "Mançester Siti" yarımfinalda

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

"Operativ Media" xəbər verir ki, son oyunlardan sonra yarımfinala yüksələn daha iki komandanın adına aydınlıq gəlib.

"Mançester Siti" Almaniyada "Bavariya" ilə heç-heçə edib - 1:1. İki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf "şəhərlilər" olub. "Mançester Siti" yarımfinalda "Real"la üz-üzə gələcək.

Gecənin digər matçında "İnter" azarkeşləri önündə "Benfika" ilə üz-üzə gəlib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Komandalar arasındakı ilk matçda italyanlar qələbə qazanıb - 2:0. Adını yarımfinala yazdıran "İnter" bu raundda əzəli rəqibi "Milan"la qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

19 aprel

“Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:1

Qollar: Y.Kimmix, 83 (pen.) - E.Holann, 57

İlk oyun – 0:3

 

“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) - 3:3

Qollar: N.Barella, 14, L.Martines, 66, X.Korrea, 78 - Arsnes, 38, Antonio Silva, 86, P.Musa, 90+5

İlk oyun – 2:0

Son xəbərlər
FİFA Meksika klubunu turnirdən kənarlaşdırdı
Tramp 6-cı nəsil döyüş təyyarəsini təqdim etdi
Türkiyə səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb