Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
"Operativ Media" xəbər verir ki, "Mançester Yunayted" İspaniyada "Sevilya"nın qonağı olacaq. Komandalar arasında İngiltərədə baş tutan görüşdə qalib müəyyənləşməyib.
"Yuventus" "Sportinq"lə səfərdə üz-üzə gələcək. İlk oyunda "qoca sinyora" minimal hesablı qələbə qazanıb.