"Milan" fransız futbolçu ilə bağlı qərarını verdi
Əziz Əzizli
A seriyasında "Milan"da çıxış edən Olivye Jiru ilə müqavilənin müddəti daha bir il uzadılıb.
"Operativ Media" xəbər verir ki, fransız ulduz 2024-cü ilin iyun ayına kimi İtaliya komandasında çıxış edəcək.
Jiru gələn mövsüm "Milan"da 3,5 milyon avro qazanacaq.
Klubdan verilən açıqlamada 36 yaşlı hücumçu ilə müqavilə imzalamaqdan qürur duyduqları bildirilib.
Olivye Jiru Milanda ilk mövsümündə liqa çempionluğunu qazanıb. Təcrübəli ulduz qırmızı-qara formada 76 matçda 27 qol vurub, 10 məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net