Menyu

Çadda denq qızdırmasından 8 nəfər ölüb

Nicat Hüseynli
Çadda denq qızdırmasından 8 nəfər ölüb
1 dəq oxu

Çadda denq qızdırması epidemiyası nəticəsində 8 nəfər ölüb, 252 yoluxma təsdiqlənib. Ölkədə 3 mindən çox şübhəli yoluxma halı qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Çad Səhiyyə Nazirliyinin rəsmiləri məlumat veriblər.

Epidemiyanın ölkənin şərqindən başlayaraq daha beş vilayətə yayıldığı bildirilib. Səhiyyə rəsmiləri əhalini ağcaqanadlardan qorunmağa, ətraf mühitin təmizliyinə riayət etməyə və simptomlar yarandıqda vaxtında tibbi yardım almağa çağırıblar.

Əlaqəli Xəbərlər