Menyu

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Operativ Media
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək
1 dəq oxu

Oktyabrın 25–26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Bu barədə Operativ Media-ya ACF-dən məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu (407 oğlan və 99 qız) ümumilikdə 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektli uyğunlaşmasına xidmət edir.

Əlaqəli Xəbərlər