Menyu

FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Operativ Media
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb
1 dəq oxu

Oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Bu barədə Operativ Media-ya AFFA-dan məlumat verilib.

Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq.

Oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

Qeyd edək ki, 189 ölkənin iştirakı və 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.

Əlaqəli Xəbərlər