Menyu

Boşanmaların ən böyük səbəbləri nədir? - VİDEO

Nicat Hüseynli
Boşanmaların ən böyük səbəbləri nədir? - VİDEO
1 dəq oxu

Azərbaycanda bu ilin ilk səkkiz ayında 26 485 nikah və 13 287 boşanma qeydə alınıb. Mütəxəssislər ailələrin dağılmasının əsas səbəbləri arasında maddi çətinlikləri, qarşılıqlı anlaşılmazlığı və kənar müdaxilələri göstərirlər.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sosioloqların sözlərinə görə, bəzi ailələrdə iqtisadi problemlərlə yanaşı, psixoloji gərginlik, güzəştə getmək bacarığının olmaması və ailədaxili zorakılıq da boşanmaya gətirib çıxarır.

Vəkillər isə nikahın pozulması ilə bağlı müraciətlərdə valideynlərin və digər şəxslərin müdaxiləsinin mühüm rol oynadığını bildirirlər. Mütəxəssislər ailələrin qorunması üçün qarşılıqlı hörmətin, anlayışın və problemlərin birgə həllinin vacibliyini vurğulayırlar.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər