Menyu

ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib

Operativ Media
ABŞ Korporasiyası ilə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması müzakirə edilib
1 dəq oxu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş siyasət direktoru Karolin Vik ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.

görüşdə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, eləcə də nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin Orta Dəhlizin inkişafı, dayanıqlı təchizat zəncirlərinin gücləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər