Menyu

Polşada İkinci Dünya müharibəsindən qalma bomba səbəbindən 3 min nəfər təxliyə edilir

Nicat Hüseynli
Polşada İkinci Dünya müharibəsindən qalma bomba səbəbindən 3 min nəfər təxliyə edilir
1 dəq oxu

Polşanın Vrotslav şəhərində İkinci Dünya müharibəsindən qalma 250 kiloqramlıq partlamamış bomba aşkarlanıb. Təhlükəsizlik məqsədilə ərazidən təxminən 3 min nəfərin təxliyəsinə başlanılıb.

Operativ Media  xəbər verir ki, bu barədə “PAP” agentliyi məlumat yayıb.

Məlumata görə, bomba oktyabrın 15-də Kolejova küçəsində tikinti işləri zamanı tapılıb.

Sursatın zərərsizləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın hərəkətində dəyişikliklər edilib, dəmir yolu nəqliyyatında da fasilələr gözlənilir.

Əlaqəli Xəbərlər