Qış transfer dövründə "Beşiktaş"dan "Mançester Yunayted" klubuna icarə əsasında keçən hollandiyalı Vout Veqorstun gələcəyi bəlli olur.
"Operativ Media" xəbər verir ki, Çempionşipdən Premyer Liqaya vəsiqə qazanan "Bernli"də Veqorstun gələn mövsüm heyətdə nəzərə alınmadığı iddia edilir. Mövsümün sonunda icarə müqaviləsi başa çatacaq hollandiyalı hücumçu ilə "Mançester Yunayted" yenidən müqavilə bağlamayacaq.
Müqavilə ilə "Bernli" klubuna məxsus olan hollandiyalı futbolçunun klubla 2025-ci ilə qədər müqaviləsi mövcuddur. Bununla belə, "Bernli"nin meneceri Vinsent Kompaninin növbəti mövsüm üçün planlarına Vout Veqorst daxil deyil.