Menyu

U-15 Dünya çempionatı: Azərbaycan millisi Avstraliyaya məğlub olub

Operativ Media
U-15 Dünya çempionatı: Azərbaycan millisi Avstraliyaya məğlub olub
1 dəq oxu

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti görüşünü keçirib.

Operativ Media xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Avstraliya ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, millimiz daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib.

Milli oktyabrın 26-sı saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.

Əlaqəli Xəbərlər