Şəmkir və Göygöldə işıq olmayacaq
Operativ Media
1 dəq oxu
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 26-da Şəmkir və Göygöl Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində bir sıra 10 kV-luq hava xətlərində yenidənqurma işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb.
Görüləcək işlərlə əlaqədar Şəmkirin Çinarlı kəndində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Həmçinin Göygöl rayonu Əlimədədli və Nadil kəndlərində saat 14:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Sorğu