Azərbaycan U-20 millisi EEVZA çempionatını beşinci pillədə başa vurub
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edib.
Operativ Media xəbər verir ki, 22-25 oktyabr tarixlərində Gürcüstanın Rustavi şəhərində təşkil olunan yarışda komandamız baş məşqçi Gökhan Edmanın rəhbərliyi ilə çıxış edib. A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşan komandamız hər iki oyunda məğlub olub.
B qrupunda isə Ukrayna, Ermənistan, Estoniya və Gürcüstan yığmaları mübarizə aparıblar.
Beşinci yer uğrunda görüşdə Gürcüstan yığması ilə qarşılaşan Azərbaycan millisi ev sahibini 3:1 hesabı ilə məğlub edib və turniri beşinci pillədə başa vurub.
Finalda isə Polşa millisi Ukrayna yığmasını 3:2 hesabı ilə məğlub edərək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.