Menyu

Məkkə Müdafiə İttifaqının nümayəndələri İrana səfər edəcək

Operativ Media
Məkkə Müdafiə İttifaqının nümayəndələri İrana səfər edəcək
1 dəq oxu

“Qərbi Asiyada regional təhlükəsizlik konsepsiyasının tətbiqi çərçivəsində Məkkə Müdafiə İttifaqının üzvləri olan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksək vəzifəli rəsmiləri Tehrana səfər edəcəklər”.

Operativ Media xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri deyib.

Bildirilib ki, Tehranda keçiriləcək görüşdə Səudiyyə Ərəbistanı müdafiə naziri Xalid bin Salman, Pakistan Silahlı Qüvvələrinin Baş komandanı feldmarşal Asim Münir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın da iştirak edəcək.

İttifaq nümayəndələri İran Prezidenti Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Reyai ilə görüşəcəklər.

Baqeri görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını və İranın xarici güclərin regiona müdaxiləsinə və orada nüfuz sahibi olmasına qarşı çıxdığını vurğulayıb.

O, görüşün tarixi barədə məlumat verməsə də, İran mediası görüşün bu gün keçiriləcəyini qeyd edib.

Əlaqəli Xəbərlər