Menyu

Bu gün Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizə aparacaq

Operativ Media
Bu gün Azərbaycanın 4 güləşçisi dünya çempionatında mübarizə aparacaq
1 dəq oxu

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında bu gün Azərbaycanın dörd təmsilçisi mübarizə aparacaq.

Operativ Media xəbər verir ki, oktyabrın 26-da 97 kq çəki dərəcəsində təsəlliverici görüşdə Məhəmməd Əhmədiyyəv avstriyalı M.Raqöninger ilə qarşılaşacaq.

63 kq çəki dərəcəsində N.Məmmədli təsnifat mərhələsində ABŞ təmsilçisi X.Consonla üz-üzə gələcək.

87 kq çəki dərəcəsində 1/16 final mərhələsində İ.Abbasov türkiyəli A.Cengizlə qarşılaşacaq.

67 kq çəki dərəcəsində isə H.Cəfərov 1/8 final mərhələsində ukraynalı O.Xruşin və mərakeşli Y.Fəraçın yer aldığı qarşılaşmanın nəticəsinə uyğun olaraq mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, buna qədər Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionatında qızıl medal qazanıblar.

Əlaqəli Xəbərlər