Menyu

“Real” rəsmi El Klasikolarda qələbə sayında önə keçib

Operativ Media
“Real” rəsmi El Klasikolarda qələbə sayında önə keçib
1 dəq oxu

“Real Madrid” İspaniya La Liqasının X turunda “Barselona”nı məğlub edərək rəsmi El Klasikolardakı qələbələrinin sayını 107-yə çatdırıb.

Operativ Media xəbər verir ki, oktyabrın 25-də səfərdə keçirilən qarşılaşmada Madrid təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. “Real”ın heyətində Kilian Mbappe dubl edib, kataloniyalıların yeganə qolunu isə Rafinya vurub.

Bu oyuna qədər komandaların rəsmi El Klasikolarda hərəyə 106 qələbəsi var idi. Son nəticədən sonra “Real Madrid” bu göstəricidə əzəli rəqibini geridə qoyub.

La Liqada 10 turdan sonra 24 xalı olan “Real Madrid” üçüncü pillədə qərarlaşıb. 27 xal toplayan “Barselona” isə turnir cədvəlinə liderlik edir.

Əlaqəli Xəbərlər