Menyu

“AzInTelecom” tərəfindən 86 mindən çox saxta IMEI kod bloklanıb

Operativ Media
“AzInTelecom” tərəfindən 86 mindən çox saxta IMEI kod bloklanıb
1 dəq oxu

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Operativ Media xəbər verir ki, görülən tədbirlər çərçivəsində bu günədək 86 min 813 IMEI kodunun kopyalandığı aşkar edilib və həmin IMEI kodların hər biri “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) tərəfindən bloklanıb.

Eyni zamanda, bloklanmış IMEI kodlarla Azərbaycan mobil rabitə məkanında şəbəkəyə qoşulma cəhdlərinin qarşısı alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

“AzInTelecom” MMC vətəndaşlara mobil telefon almadan öncə cihazın qutusu üzərində qeyd edilən IMEI kodu “mygov” portalında yoxlamağı və yalnız etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.

Əlaqəli Xəbərlər