Menyu

İordaniyada kilsəyə silahlı hücum edənlər saxlanılıb

Operativ Media
İordaniyada kilsəyə silahlı hücum edənlər saxlanılıb
1 dəq oxu

İordaniyanın Kərak əyalətindəki pravoslav kilsəsinə hücum edənlər təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edilərək saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, bazar ertəsi səhər saatlarında keçirilən əməliyyat zamanı 23 oktyabrda Müqəddəs Georgi kilsəsində vətəndaşlara hücum edən üç terrorçu müəyyənləşdirilib.

Üç silahlı şəxs Kərakın kənarında tərk edilmiş evdə gizlənərək təslim olmaqdan imtina edib və təhlükəsizlik qüvvələrinə atəş açıb.

Təhlükəsizlik qüvvələri ilə atışmada hər üç şəxs yaralanıb və saxlanılıb.

Qeyd edək ki, oktyabrın 23-də silahlı şəxslər Kərak əyalətində yerləşən yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı atəş açıblar.

Nəticədə 9 nəfər ölüb.

Əlaqəli Xəbərlər