Avropa Liqası: "Yuventus" yarımfinala yüksəldi

Əziz Əzizli
Avropa Liqası: "Yuventus" yarımfinala yüksəldi

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

"Operativ Media" xəbər verir ki, ilk oyunda səfərdə "Mançester Yunayted"lə heç-heçə edən "Sevilya" cavab görüşündə rəqibini üç cavabsız qolla məğlub edərək, adını yarımfinala yazdırıb.

"Yuventus" Portuqaliya səfərində "Sportinq"lə bərabərə qalıb və növbəti mərhələyə yüksəlib. 

"Roma" "Feyenoord"un 4:1 hesabıyla məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:0

Qollar: Y.En Nesri, 8, 81, L.Bade, 47

İlk oyun - 2:2

 

"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 1:1

Qollar: M.Edvards, 20 (pen.) - A.Rabiot, 9

İlk oyun - 0:1

 

"Union" (Belçika) - "Bayer" (Almaniya) - 1:4

Qollar: K.Terho, 65 - M.Diabi, 2, M.Bakker, 38, J.Frimponq, 61, A.Hlojek, 79

İlk oyun - 1:1

 

"Roma" (İtaliya) - "Feyenoord" (Niderland) - 4:1

Qollar: L.Spinatsola, 60, P.Dibala, 90, S.El Şaaravi, 101, L.Pelleqrini, 109 - İ.Payxao, 80

İlk oyun - 0:1

Digər xəbərlər