Azərbaycan Kubokunda 2-ci mərhələyə yekun vurulur
Bu gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Operativ Media xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Xankəndi” Şamaxıda “Gəncəbasar”la qarşılaşacaq. “Zəngəzur” isə “Karvan Yevlax”la üz-üzə gələcək. Hər iki oyuna eyni saatda (14:00) start veriləcək.
Xatırladaq ki, daha öncə “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı”, “Şəfa” və “Kəpəz” 1/8 finala vəsiqə qazanıblar.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 oktyabr
“Xankəndi” – “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Zəngəzur” – “Karvan Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Binə qəsəbə stadionu, 14:00.