Menyu

Bakının bəzi ərazilərində qaz olmayacaq

Operativ Media
Bakının bəzi ərazilərində qaz olmayacaq
1 dəq oxu

Bu gün Bakının Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.

Opetativ Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsində bəzi ərazilərin və Ümid qəsəbəsinin, Nəsimi rayonunun N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Əlaqəli Xəbərlər