Menyu

Vens İranla danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər

Operativ Media
Vens İranla danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər
1 dəq oxu

ABŞ-nin vitse-prezidenti J.D. Vens İranla danışıqlarda Amerika tərəfinə şəxsən rəhbərlik etməyə hazır olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vens İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə ünvanladığı məktubu Qətər vasitəsilə çatdırıb. O, ABŞ və İran nümayəndələri arasında yaxın vaxtlarda görüş keçirilməsini təklif edib və danışıqlara Vaşinqton adından rəhbərlik edə biləcəyini bildirib.

Qəzetin yazdığına görə, İran hakimiyyəti Vensin namizədliyinə müsbət yanaşıb və onu döyüşlərə son qoymağa qadir nüfuzlu şəxs hesab edib.

Əlaqəli Xəbərlər