Menyu

Azərbaycan cüdoçuları bu gün Avropa çempionatında mübarizəyə başlayır

Operativ Media
Azərbaycan cüdoçuları bu gün Avropa çempionatında mübarizəyə başlayır
1 dəq oxu

Bu gün İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatına start veriləcək.

Operativ Media xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 6 idmançısı üç çəki dərəcəsində mübarizə aparacaq.

60 kq çəki dərəcəsində Murad Muradlı 1/8 final mərhələsində ispaniyalı Unay Penyas Merino ilə qarşılaşacaq. Babarəhim Mirzəyev isə Mario Tinelli (İtaliya) – Yan Motoli Bonqambe (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq çəki dərəcəsində Nizami İmranov italiyalı Alessio De Luka ilə qarşılaşacaq. İslam Rəhimov isə Kristian Butuçi (Xorvatiya) – Adam Anastasopulos (Yunanıstan) cütünün qalibi ilə mübarizə aparacaq.

73 kq çəki dərəcəsində Əbil Yusubov 1/16 final mərhələsində xorvatiyalı Luka Katiçlə, Mehdi Cəfərov isə moldovalı Vlad Mitru ilə qarşılaşacaq.

Təsnifat mərhələsi saat 13:00-da, final bloku isə saat 19:00-da başlayacaq.

Əlaqəli Xəbərlər