Menyu

“Liverpul” Trent Aleksander-Arnoldu icarəyə götürmək istəyir

Operativ Media
“Liverpul” Trent Aleksander-Arnoldu icarəyə götürmək istəyir
1 dəq oxu

“Liverpul” Madrid “Real”ında çıxış edən Trent Aleksander-Arnoldu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır.

Operativ Media "Cadena SER"in jurnalist Pakoxo Delqadonun məlumatlarına istinadən xəbər verir ki, İngiltərə klubu artıq 28 yaşlı müdafiəçinin ətrafı ilə əlaqə saxlayıb və onun mümkün qayıdışına azarkeşlərin münasibətini öyrənməyə çalışır.

Delqadonun ehtimalına görə, Aleksander-Arnoldla yollar ayrılacağı təqdirdə, Joze Mourinyo “Real” rəhbərliyindən “Tottenhem”in müdafiəçisi Pedro Porrunun transferini istəyə bilər.

Trent Aleksander-Arnold 2025-ci ildə “Liverpul”dan “Real”a keçib. O, cari mövsümdə bütün turnirlərdə 7 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalı 28 yaşlı futbolçunun bazar dəyərini 10 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər