Menyu

Kobaxidze: Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir

Operativ Media
Kobaxidze: Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir
1 dəq oxu

Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayır.

Operativ Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında bildirib.

O qeyd edib ki, regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

İ.Kobaxidze, həmçinin iqtisadi əlaqələrin Tbilisi və Bakı arasında strateji tərəfdaşlığın əsasını təşkil etdiyini vurğulayıb. Onun sözlərinə görə, məqsəd ticarət potensialını artırmaq, əlaqələri şaxələndirmək və investisiyaları genişləndirməkdir.

Əlaqəli Xəbərlər