Menyu

Afrika Millətlər Kuboku iki ildən bir keçiriləcək

Operativ Media
Afrika Millətlər Kuboku iki ildən bir keçiriləcək
1 dəq oxu

Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsi Afrika Millətlər Kubokunun iki ildən bir keçirilməsi barədə qərar qəbul edib.

Operativ Media xəbər verir ki, CAF prezidenti Patris Motsepe oktyabrın 27-dən 29-dək Kabo-Verdedə keçirilən strateji konfransda turnirin formatı ilə bağlı dəyişikliklərə münasibət bildirib. O, ötən il qəbul edilmiş və Afrika Millətlər Kubokunun dörd ildən bir keçirilməsini nəzərdə tutan qərara yenidən baxıldığını açıqlayıb. Həmin qərar yeni ümumafrika Millətlər Liqasının yaradılması planı ilə əlaqədar qəbul edilmişdi.

CAF-ın İcraiyyə Komitəsi qərarını Afrika futbolunun inkişafı və qorunması, konfederasiyanın 54 üzv assosiasiyasının, eləcə də Afrikadan kənarda çıxış edən futbolçuların maraqlarının təmin edilməsi ilə əsaslandırıb.

Patris Motsepenin sözlərinə görə, yeni ümumafrika Millətlər Liqasının futbolun inkişafına və CAF yarışlarının beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli maliyyə töhfəsi verməsi üçün bir neçə il tələb oluna bilər. Bu səbəbdən konfederasiyanın maliyyə müstəqilliyinin qorunması da nəzərə alınıb.

Növbəti Afrika Millətlər Kuboku 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada keçiriləcək. Motsepe turnirin uğurlu təşkil olunacağına əminliyini ifadə edib.

Onun açıqlamasına əsasən, Afrika Millətlər Kubokunun sonrakı yarışları 2028, 2031 və 2033-cü illərdə təşkil ediləcək. 2030-cu ildə FIFA Dünya Çempionatının keçirilməsi ilə əlaqədar olaraq, ənənəyə uyğun şəkildə həmin il Afrika Millətlər Kubokunun final mərhələsi və digər konfederasiyaların milli komandalar arasında yarışları təşkil olunmayacaq.

Əlaqəli Xəbərlər