Menyu

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Operativ Media
Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb
1 dəq oxu

Bolqarıstanda prezident seçkilərinin ikinci turunda İliyana Yotova və Kiril Vılçev seçicilərin 57,636 faizinin səsini qazanıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında məlumat verilib.

MSK-nın açıqladığı nəticələrə əsasən, İliyana Yotova və Kiril Vılçevə 1 milyon 77 mindən çox seçici səs verib. Digər namizədlər Andrey Gyurov və Georgi Kandev isə səslərin 39,402 faizini, təxminən 736 min səsini əldə ediblər.

Məlumatlar yerli vaxtla saat 03:00-a (Bakı vaxtı ilə 04:00) olan vəziyyətə görə seçki komissiyalarının protokollarının 98,43 faizinin emalı əsasında hazırlanıb.

Seçkilərin yekun nəticələrinin noyabrın 4-dən gec olmayaraq açıqlanacağı bildirilib.

Əlaqəli Xəbərlər