Menyu

Tramp İrana qarşı yeni addımların mümkünlüyünü açıqlayıb

Operativ Media
Tramp İrana qarşı yeni addımların mümkünlüyünü açıqlayıb
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə Vaşinqtonun bu ölkəyə qarşı yeni addımlar ata biləcəyini bildirib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə Konqresə aralıq seçkilər ərəfəsində Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Amerika lideri İranla bağlı məsələnin hələ həllini tapmamasının səbəbini insan itkilərinin qarşısını almaq istəyi ilə əlaqələndirib. Bununla belə, o, müəyyən mərhələdə Tehrana qarşı sərt tədbirlərin görülə biləcəyini vurğulayıb.

Mitinqdən əvvəl jurnalistlərə açıqlamasında Tramp İranla bağlı vəziyyətin yaxın vaxtlarda həll ediləcəyini bildirib. O, Tehranın ya razılaşmaya gələcəyini, ya da ABŞ-nin məsələyə son qoyacağını qeyd edib. Prezident bunu danışıqlar yolu ilə həll etməyin mümkün olduğunu desə də, əlavə təfərrüat açıqlamayıb.

Tramp oktyabrın 8-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərədək ABŞ-nin İrana zərbə endirmək niyyətində olmadığını bildirmişdi.

Şənbə günü isə o, Tehranla danışıqların yaxşı getdiyini desə də, İranın etibarlılığına şübhə ilə yanaşdığını vurğulayıb. Tramp gələn həftə İrana qarşı hərbi əməliyyatların bərpa olunub-olunmayacağı ilə bağlı suala konkret cavab verməyib.

“Axios” portalının məlumatına görə, ABŞ Prezidenti aralıq seçkilərdən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etməyi planlaşdırmır və Tehranla danışıqlara üstünlük vermək niyyətindədir.

Əlaqəli Xəbərlər